Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahverdiyevadan yeni xəbər var.
"Medicina" xəbər verir ki, süd vəzlərindən əməliyyat olunduğu deyilən aktrisa Lent.az-a açıqlamasında bildirib ki, hazırda evdədir və vəziyyəti yaxşıdır:
“Səhhətimlə bağlı bir az problemim var idi. Əməliyyat olundum. Şükür indi yaxşıyam. Bədənimin harasını əməliyyat etdirməyimlə bağlı açıqlama vermək istəmirəm. Hər şey yaxşıdır. Maraqlananlar sağ olsun”.