14 yaşlı Emanuel Zayas, başı, qolları və ayaqlarında defarmasiyaya səbəb olan, sümük toxumasını dəyişdirən xəstəliklə dünyaya gəlib.
Medicina.az İlgiltərə mətbuatına istinadən verdiyi xəbər verir ki, Zayasın 3 il öncə burnunda sızanaq böyüklüyündə ləkə meydana gəlməyə başlayıb. Getdikcə böyüyərək, yarım kilo ağırlığına çatan şişin daha da böyüyəcəyi təqdirdə Zayası boğma və ya boynunu qırma təhlükəsi mövcuddur. Kubadan olan uşaq əməliyyat üçün Mayamiyə aparılıb. Mayami universitetində həkim Robert Maks, Zayasın üzündəki şişin gələn ay götürüləcəyini açıqlayıb:
"Əməliyyat nəticəsində, uşağın görməsinin, tənəffüs yollarının, yemək qabiliyyətinin bərpa olunacağına ümid edirik”.
Genetik olan bu xəstəliyin yaranma səbəbi bilinmir. Ancaq bu xəstəlik səbəbindən Emanuel sadəcə ağızdan nəfəs ala bilir. Çeynəyə bilmədiyi üçün isə düzgün qidalana bilmir.
Riskli sayılan əməliyyatın 10-14 saat çəkəcəyi təxmin edilir.
Şəhanə Quliyeva