Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əməliyyat edilən xalq artisti gəzə bilmir

  • 2024.02.06 15:15
  • 771 Baxış
Əməliyyat edilən xalq artisti gəzə bilmir

“Hələ də tam yeriyə bilmirəm, ona görə evdən çıxmıram"


"Medicina" xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib.

“Əməliyyat olunandan xeyli vaxt keçir. Amma hələ də tam yeriyə bilmirəm. Həkimlər deyirlər ki, sinirlər tam qaydasına düşəndən sonra hara istəyirsən gedə bilərsən. Damarlarım hələ tam möhkəmlənməyib.

Rollarım var, məşqlər gedir. Yeriyə bilmədiyimdən teatra gedə bilmirəm. Mehriban Ələkbərzadə ad günüm ilə bağlı bizə gəlmişdi, məni təbrik etdi, bildirdi ki, narahat olma, tamam sağal sonra gələrsən”.

Qeyd edək ki, Xalq artisti Rafiq Əzimov bir müddət öncə teatrda tamaşa oynayarkən səhnədə yıxılmışdı.


Aygün Musayeva