Azərbaycanda Əməkdar jurnalist Rəhman Orxan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
"Medicina" xəbər verir ki, Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdu.
1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnmişdi.
2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləmişdi. Ölkə başçısının Sərəncamına əsasən "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin.