Ehtiyatsızlıqdan yıxılaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın tanınmış qiraətçisi, Əməkdar artist Ağalar Bayramovun səhhəti normallaşıb.
Bu barədə Əməkdar artist özü məlumat verib.
69 yaşlı A.Bayramov bildirib ki, artıq 10 gündür Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır:
“Dərman, sistem müalicələri alıram. Artıq yaxşılaşıram və ağrılarım da azalır. İlk günlər yüksək təzyiqdən əziyyət çəkirdim. Artıq təzyiqim də normallaşıb. Yəqin ki, bir neçə gün sonra xəstəxanadan evə buraxılacam. Həkimlərimə göstərdikləri diqqət və qayğı üçün minnətdarlığımı bildirirəm”.