Əməkdar artist Çingiz Əhmədov əməliyyat olunub.
Medicina.az xəbər verir ki, o, bu barədə verilişlərin birində bildirilib.
Verilişdə aktyorun xəstəxanadan görüntüsü təqdim olunub.
Bildirilib ki, qarının ön divarında əməliyyatdan sonra yırtıq yaranan Ç.Əhmədov özünü pis hiss edib. Əməliyyatla aktyorun qarın hissəsində olan yırtıq ləğv edilib.
“Arzum odur ki, tezliklə xəstəxanadan çıxım”, - deyə Ç.Əhmədov açıqlamasında bildirib./axsam.az/