Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əməkdar artist 4 dəfə əməliyyat olundu: “Damarlarım çürüyürdü”

  • 2017.09.11 18:08
  • 12529 Baxış
Əməkdar artist 4 dəfə əməliyyat olundu:  “Damarlarım çürüyürdü”
Əməkdar artist Natiq Şirinovun səhhətində problem yaranıb.


Medicina.az-ın Axşam.az-a istinadən məlumatına görə, nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri bu haqda "ATV maqazin onlarla” verilişində deyib. 


O bildirib ki, dörd dəfə əməliyyat olunub: "Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum. Çox nağara çalmaqdan olub. Bir dəfə də nağaranın kənarı sümüyə dəydi, damarlar tutuldu. Əməliyyat İranda baş tutdu. Bilirəm ki, canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəm".