Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Embrionun DNT-sinə müdaxilə - Çin alimlərindən bir ilk

  • 2017.10.06 12:28
  • 11765 Baxış
Embrionun DNT-sinə müdaxilə -  Çin alimlərindən bir ilk
Embrionun DNT-sinə müdaxilə etməklə uşağı gələcək xəstəlikdən xilas etmək olar. 


Medicina.az xəbər verir ki, belə qənaətə Çin alimləri gəlib. 


Tədqiqatçılar "kimyəvi cərrahlıq" adlanan metodla insan embrionuna cərrahi müdaxilə etməklə gələcək uşağı onun üçün gözlənilən xəstəlikdən xilas edə biləcəkləri barədə məlumat yayıblar. Sun-Yat-Sen Universitetinin mütəxəssisləri gen dəstinin "baza düzənlənməsi" texnikasından istifadə etməklə insanın genetik kodunun üç milyardda bir "hərf"indəki səhvini düzəltmək əzmində olduqlarını bildiriblər.


İnsan embrionu laboratoriya şəraitində təhlükəli genetik xəstəlik olan beta-talassemiyyadan azad olunmaq üçün dəyişdirilib. Dəyişdirilmiş embrion uşaqlığa əkilməyib. Baza düzənlənməsi DNT komplektinin-adenin zülalı, sitozin, quanin və timinin fundamental quruluşunu dəyişdirir. Bu zülalların beynəlxalq bioloji qısaldılmış adları A,Q, S,T kimi göstərilir. İnsan orqanizminin bütün formalaşma qanunauyğunluğu bu dörd zülalın kodlaşdırılmış kombinasiyası sayəsində mümkün olur.


Qan xəstəliyi olan Beta-talassemiya nöqtəvi mutasiya nəticəsində genetik kodun müəyyən sahəsində dəyişkənliyin yaranmasından əmələ gəlir. Çin alimləri DNT-ni skan etməklə səhvi tapıb, quanin və adenini qurmaqla defekti düzəldirlər.


Tədqiqatların rəhbəri Cuniyu Xuanq deyir ki, çinli mütəxəssislər dünyada ilk dəfə embrion səviyyəsində DNT bazasına müdaxilə edib strukturu düzənləmək metodu ilə genetik xəstəlikləri müalicə etmək əzmində olduqlarını nümayiş etdiriblər. Eksperimentlər süni yolla yetişdirilmiş insan embrionlarında beta-talassemiyyalı pasiyentdən götürülmüş hüceyrələrdə aparılıb.