77 yaşlı Britaniyalı müğənni Elton Con görməsini itirdiyini rəsmən açıqladı.
“Medicina” xəbər verir ki, bu bazar Dominion müsiqili teatrında xeyriyyə konsertində çıxışından öncə izləyicilərə açıqlayıb.
“Çoxunuz yəqin ki, bilirsiz, mənim gözümdə infeksiya var idi və bununla bağlı problemlərim yaranmışdı.
Təəssüf ki, çıxışları izləyə bilmədim, amma qulaq asdım”.
Xatırladaq ki, müğənni ötən ildən ağır göz infeksiyasından əziyyət çəkirdi və bir gözünün görməsinin itdiyini bildirmişdi.
O, müalicə aldığını, sağalacağını desə də, 4 aydır bir gözü tamam görmür, digər gözü də görməni itirir”.
Aygün Musayeva