Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb.
Medicina.az xəbər verir ki, əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən imzaladığı digər əmrə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib
.