Xəstəliklərinin, irsi xəstəliklərin və transfuziologiyanın müxtəlif aspektləri müzakirə ediləcək. Həmçinin hematologiyanın aktual problemləri üzrə məlumat mübadiləsi aparılacaq və beləliklə iştirakçılar üçün hematologiya sahəsində son elmi nailiyyətləri izləmək imkanı yaranacaq.
Medicina.az xəbər verir ki, konfrans Səhiyyə Nazirliyinin Davamlı Tibb Təhsili Proqramı çərçivəsində akkreditasiyadan keçib.
Qeyd edək ki, B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu respublikamızda anemiyalardan başlayaraq qanın bədxassəli şişlərinə qədər bütün hematoloji xəstəliklərin diaqnozunu və müalicəsini aparan baş müəssisəsidir. Hazırda institut hematoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasını, donor qanının tədarük edilməsi, işlənilməsi, saxlanılması və bölünməsini həyata keçirir.
Bununla yanaşı, institut hematologiya və transfuziologiya üzrə ölkəmiz üçün aktual olan elmi problemlərin həlli ilə məşğul olur. İnstitutun əsas elmi istiqamətləri Azərbaycanda hemoqlobinopatiyaların epidemiologiyası, molekulyar əsasları, klinikası, müalicəsi və profilaktikasının, leykozların diaqnostikası, epidemiologiyası, klinikası, müalicəsinin müxtəlif aspektlərinin tədqiq edilməsidir.