Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Elmi araşdırma məşhurların pəhriz üsulunu təsdiqlədi – Ayda 3 kq arıqladır

  • 2024.03.13 17:40
  • 730 Baxış
Elmi araşdırma məşhurların pəhriz üsulunu təsdiqlədi –  Ayda 3 kq arıqladır
Həddindən artıq çəki nəinki bir çox sağlamlıq problemlərinə səbəb olur, həm də insana psixoloji cəhətdən mənfi təsir göstərir.

Mütəxəssislər arıqlamaq istəyənlərə əsasən balanslaşdırılmış pəhriz planı və müntəzəm məşq etməyi tövsiyə edirlər. Ancaq müəyyən qidaların istehlakı bu prosesi daha da sürətləndirə və asanlaşdıra bilər.

Medicina.az xəbər verir ki, son araşdırmalar gündəlik olaraq alma sirkəsi içməyin arıqlamağa böyük töhfə verə biləcəyini göstərib.

Tədqiqat nəticəsində məlum olub ki, xüsusilə artıq çəkisi olan insanlar səhər yeməyindən əvvəl cəmi 15 ml alma sirkəsi içərək üç ay ərzində 8-9 kiloqram arıqlaya bilərlər.

Livanlı tədqiqatçılar alma sirkəsinin insulinə həssaslığı və enerji səviyyələrini yaxşılaşdırdığını açıqlayıblar.

Nəticələri “BMJ Nutrition, Prevention & Health” jurnalında dərc olunan araşdırmanın müəllifləri bunları qeyd ediblər:

"Bu nəticələr alma sirkəsinin kök insanlarda piylənmə və metabolik pozğunluqlarla əlaqəli parametrlərin yaxşılaşdırılmasında potensial faydaları ola biləcəyini göstərir. Alma sirkəsi heç bir əks təsir göstərməyən piylənmə əleyhinə təsirli əlavə ola bilər".

Digər tərəfdən, Victoriya Bekham və Cennifer Eniston da daxil olmaqla, bir çox məşhurun eyni çəkidə qalmaq üçün 1 stəkan suya müəyyən miqdarda alma sirkəsi qarışdıraraq içdikləri məlumdur. Məşhurlar bunun iştahı azaltdığını düşünürlər.

Qeyd edək ki, alma sirkəsinin arıqlatdığını göstərən çoxsaylı araşdırmalara baxmayaraq, mütəxəssislər arasında hələ də onun effektivliyi və uzunmüddətli sağlamlığa təsirləri ilə bağlı fikir ayrılığı var.


Aysel