Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 60 yaşın astanasında olanlar üçün 10 QIZIL QAYDA“Əllini aşırdım, 100-ə necə çatım bəs?”

  • 2018.07.13 22:32
  • 23460 Baxış
 - 60 yaşın astanasında olanlar üçün 10 QIZIL QAYDA “Əllini aşırdım, 100-ə necə çatım bəs?”
İstər qadın, istərsə də kişi, 60 yaşını tamamlayan şəxslərin diqqət etməli olduğu bir çox məqamlar var.


Medicina.az xəbər verir ki, bundan sonrakı yaş dövrü əvvəlkilərə nisbətən daha risklidir. Çünki orqanizm 60 min km yol qət etmiş, ruh isə təcrübələrlə gəncləşmiş birinə bənzəyir. 


Qısası, bədənə də, ruha da yeni bir proqram lazımdır. Bəs nə etməli? Ediləcək çox şey var.

 

Medicina.az 60 yaşlı şəxslərin başlıca 10 hədəfini təqdim edir:


• Daha az, amma sağlam yeyin. Çünki yaş 50-ni keçdikdən sonra, can boğazdan gəlmir, əksinə, boğazdan çıxır. Çox deyil, az yeyənlər uzun yaşayır. 


• Zeytun yağına üstünlük verin. Bu tövsiyəni həddən çox zeytun yağı istehlak edə biləcəyiniz mənasında başa düşməyin.


Etməli olduğunuz şey budur: Gündəlik yağ ehtiyacınızın üçdə ikisini deyil, dörddə üçünü zeytun yağı ilə ödəməyi özünüz üçün dəyişməz qayda olaraq qoyun, geri qalanını isə kərə yağı ilə ödəyin. 


• Şir deyil, quzu olun. 50-dən sonrakı sağlam ömür sirlərindən biri də budur: heyvan mənşəli qidalar azaldılmalıdır, minimuma endirilməlidir. Bitki mənşəli qidalara – meyvə-tərəvəzə üstünlük verilməlidir. 


Qısası, "50 yaşa qədər gənc aslan, 50-dən sonra isə aktiv quzu” prinsipini işə salın.


• Su için. Su ehtiyacının bir hissəsini çayla, tərəvəz şirəsiylə, şorbalarla da ödəyə bilərsiniz. Amma dəyişməz olan qayda budur: Sidiyin rəngi mütləq açıq sarı, hətta su qədər şəffaf hala gəlməlidir və elə də qalmalıdır. 


• Şəkər və unla münasibətinizi kəsin. Şəkər ehtiyacınızı mümkündürsə, sadəcə meyvələrlə ödəyin. Şirniyyatdan uzaq durun. Şirniyyat yeyəcəksinizsə də, südlü olanlarını seçin. 


• Aktiv olun: Hər gün istisnasız ən az 5000 addım qaydasına son addımına kimi əməl edin. Gəzmə adətinizə üzmə, qolf, rəqsi də əlavə edin.


Unutmayın! Yaş 50-ni keçdikdən sonra yediklərinizdən daha çox, etdikləriniz önəmlidir və "loxmalar azaldılıb, addımlar çoxaldılmalıdır” qaydası keçərlidir. 


• Sağlamlıq durumunuzu izləyin. Bu müayinələrdə sizə verilən tövsiyələrə mütləq əməl edin. 


• Beyninizi mütləq qidalandırın. Beyin gimnastikasını mütləq davam etdirin. Oxuyun, yazın, yeni şeylər öyrənin. Musiqi dinləyin, gəzin, mahnı, şeir əzbərləyin. 


Sərgi, konsertlərə gedib, səyahətə çıxın. Nərd, şahmat oynayın.


• Mürgüləyin. Bunun da dadını çıxarın. Mümkündürsə, günorta yeməyindən sonra 10-15 dəqiqəlik mürgüləyin. Dinləməkdən də, dinlənməkdən də imtina etməyin.


• Yaşasın sakitlik! Sakitliyə köklənin. Sosial münasibətlərinizi inkişaf etdirin. 


Bu yaşdan sonra etdikləriniz yediklərinizdən, düşündükləriniz isə hər ikisindən daha dəyərlidir. 


Evdə həyat yoldaşınıza, çöldə dostunuza, yoldaşınıza daha çox kompliment deyib, tərifləyin.

MEDİCİNA.AZ