Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əlləriniz daim quruyursa, bunları edin! - 6 sadə addım

  • 2024.05.14 19:03
  • 799 Baxış
Əlləriniz daim quruyursa, bunları edin! -  6 sadə addım
Əl dərisində quruluq çox rast gəlinən problemdir. Yatmazdan əvvəl nəmləndirici krem çəkmək bu problemdən xilas olmaq üçün kifayət deyil.

Əllərdəki quruluqdan xilas olmaq üçün bir neçə təsirli üsul var.

Medicina.az həmin üsulları təqdim edir:

Günəbaxan yağı

Günəbaxan yağının quru və qıcıqlanmış dərini nəmləndirdiyi və cavanlaşdırdığı sübut edilib. Yulaf isə çox oxşar qabiliyyətlərə malik məhsuldur. Bu iki məhsulun birləşməsi dəridə möcüzələr yarada bilər. Odur ki, az miqdarda yulafla günəbaxan yağını qarışdırb maska əldə edin və həftədə 3 dəfə əllərə tətbiq edərək ən azı 5 dəqiqə gözləyin. Daha sonra əlləri ilıq su ilə yuyub, yaxşıca qurulayın. Son olaraq qidalandırıcı əl kremi çəkmək lazımdır.

Bal

Balın çoxlu antibakterial və antioksidant xüsusiyyətləri olduğu bilinir. Balı istehlak etməklə yanaşı, quru və qıcıqlanmış dəriyə tətbiq etmək də olar. Bal dərini bərpa edəcək.

Əlcək

Hər gün qabların yuyulması əlləri qurudan əsas problemlərdən biri ola bilər. Eləcə də digər ev işləri dərimiz tərəfindən istehsal olunan təbii yağların yuyulub getməsinə səbəb olur. Odur ki, su ilə təmasda olduğunuz ev işlərini görərkən rezin əlcəklərdən istifadə etməyiniz məsləhətdir. Beləliklə, dərinizi qoruyacaqsınız.

Vazelin

Vazelin əsaslı məhsullar dərimizi müalicə etmək və nəmləndirmək üçün yaxşı xilasedicilərdir. Əl dərisi həddən artıq quruyub, çatlayıbsa, gecə yatmazdan öncə əllərə bol miqdarda vazelin çəkmək və əlcək geyinərək yatmaq lazımdır. Bunu həftədə bir dəfə tətbiq etmək kifayətdir.

B3 vitamini

Dermatoloqlar bildirirlər ki, B3 vitamini dəri bariyerini gücləndirməyə və onun nəmini daha uzun müddət saxlamağa kömək edir. B3 vitamini balıq, günəbaxan tumu, fıstıq, qırmızı ət, toyuq əti və banan kimi qidaların tərkibində bol miqdarda var.

Hava nəmləndiricisi

Əgər quru bir mühitdə yaşayırsınızsa, hava nəmləndirici cihazdan istifadə etməlisiniz. Bu cihaz təkcə əl dərisi üçün yox, bütün orqanizmə faydalıdır.



Aysel