Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər - Raynauddan xəbəriniz var?

  • 2017.10.26 17:45
  • 25681 Baxış
Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər -  Raynauddan xəbəriniz var?
Bəzi insanlar soyuğa dayanıqlı olsalar da, digər qismi bir o qədər həssasdır.

 

Medicina.az-ın məlumatına görə, araşdırmalar sübut edib ki, üşümə halları ən çox qadınlarda olur.


Çox zaman üşümə ilk olaraq əldən başlayır. Daha sonra isə ayaq, burun üşüməyə başlayır və getdikcə vücuda yayılır. Ancaq əl üşüməsinin bir çox səbəbləri var. Bəzən isə bu, yaranan xəstəliyin xəbərçisi olur.


Üşümə hansı hallarda daha çox yaranır?


Qansızlıq (anemiya)


Stress


Siqaret, spirtli içkilərdən istifadə


Raynaud xəstəliyi


İstifadə edilən bəzi dərmanların əks göstərişi


İmmun zəifliyi


Yüksək təzyiq


Diabet xəstəliyi


Nevrozluq.


Adı çəkilənlərdən əksəriyyəti bilinən problem olsa da, raynaud xəstəliyindən bir çoxları xəbərsizdir.


Bəs raynaud xəstəliyi nədir?


Bu xəstəlik üşüməklə başlayıb daha sonra ağrıya çevrilir. Xəstəliyə yoluxanlar daha çox üşüyürlər və barmaqlarında saralma meydana gəlir. Belə insanlar qidalarına diqqət etməlidirlər. Vitamin, mineral cəhətdən zəngin qidalardan istifadə etməlidirlər.


Əgər üşümə halının səbəbi qanazlığından irəli gəlirsə, tərkibində dəmir olan qidalar yeyilməlidir.


Qeyd edək ki, əlləriniz üşüməyə başlayanda zəncəfil, darçın, bitki yağları ilə masaj edərək isinməsinə yardım edə bilərsiniz. Bu cür insanlar spirtli içkilərdən uzaq durmalıdırlar.