Əllərin qaşınması halları tez-tez təkrarlanırsa, buna mütləq diqqət edin. Bu simptom bəzi təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxa bilər.
Medicina.az saglamolun.az-a istinadən sizə bu xəstəlikləri təqdim edir:
1. Allergiya. Dəri krem, camaşır tozu, sabun və s. bu kimi vasitələrə allergik reaksiya verə bilər. Allergenlə təmasda olmadıqda dəri qaşınmır. Lakin təmasdan dərhal və ya bir müddət sonra yenə qaşınmağa başlayır.
2. Dəri xəstəlikləri. Bu zaman qaşınmadan əlavə dəridə quruluq, səpgilər, çatlar əmələ gəlir, dəri soyulur.
3. Böyrək xəstəlikləri. Böyrəklər filtr funksiyasını yerinə yetirərək qanı ziyanlı maddələrdən təmizləyir. Böyrəklər pis işləyəndə ziyanlı maddələr qanda yığılmağa başlayır və müxtəlif simptomların ikişafına səbəb olur ki, bu simptomlardan biri də qaşınmadır.
4. Qaraciyər xəstəlikləri. Qaşınma qaraciyər xəstəliklərinin xarakterik simptomudur. Qaraciyərin fəaliyyəti pozulanda orqanizmdə bilirubin yığılır ki, bu da qaşınmaya gətirib çıxardır. Digər simptomlar arasında: əllərin içi qırmızı olur, sidiyin rəngi tündləşir, nəcis əksinə rəngsizləşir, dəri və sekli qişalar saralır.
5. Stress.
6. Şəkərli diabet. Bu xəstəlik də qaşınmaya səbəb olur.
7. Əl sinirlərinin problemləri. Bu zaman həmçinin əllərdə keyimə, zəiflik, ağrılar kimi simptomlar əmələ gələ bilər.
Salam mənim sol əlimin içi qaşınır o nədən olar?
Salam,əllərimin içi qaşınır,qıpqırmızı olur nə nə edirəm keçmir,mənə elə gəlir əsəbləşəndə daha da artır, bu nədən ola bilər?təşəkkür edirəm
Salam mənim sol əlimin içi qaşınır nəedə bilərəm
Limon yedikdə əllərim qaßqaşınır
salam
Salam menim əl barmaqlarım dırnaq işi edərkən qızarır ve qaşınır ne edə bilərəm ? zehmet olmasa deyerdiz xahiş edirəm
Menim sağ elimin içi qawınır derman qebul etmiwem Maz çekmiwem amma yaxşı olmur