Əgər əllərdə artıq əsmə başlayıbsa və bu daimi xarakter alsa, o zaman nevroloqla yanaşı, endokrinoloqa da müraciət etmək lazımdır.
“Medicina” xəbər verir ki, nevroloq Yelena Belenko əsmənin bilmədiyiniz səbəblərini açıqlayıb.
“Birinci olaraq, xəstədə birinci dərəcəli nevroloji patologiyalar – Parkinson, dağınıq skleroz, beyin və onurğa xəstəlikləri yoxlanmalıdır.
Ağır xəstəlik zamanı simptom təkcə əl əsməsi olmur. Gözə çarpan əsmə bədənin digər
nahiyələrində də ola bilər, xəstədə təşviş, depressiya ola bilər.
Daha sonra digər pozulmalara baxılır: qaraciyər, qan və qalxanvari vəz.
Çünki əllərin əsməsinə bu 2 orqan da səbəb ola bilər.
Əllərin əsməsinin bir səbəbi də periferik sinir sisteminin zədələnməsidir.
Endokrin patologiyalar və zəhərlənmə də nəzərə alınmalıdır.
Ona görə də bir neçə həkimdə müayinə olmaq lazımdır”.
Aygün