Bəzi valideynlərin evdə ultra-gigiyena qaydalarına riayət etmək meyli uşaqlarının sağlamlığı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Antibakterial sabunlar onların ürək-damar xəstəlikləri və nəticədə erkən ölüm riski əhəmiyyətli dərəcədə artacaq.
“Medicina” xəbər verir ki, Çikaqoda Şimal-Qərb Universitetinin alimləri belə nəticəyə gəliblər.
Alimlər hesab edirlər ki, antibakterial sabunun çox tez-tez istifadəsi ürək-damar xəstəliklərinin xəbərçisi olan C-reaktiv zülalın səviyyəsinin artmasına gətirib çıxarır.
Bu, iltihab zamanı toxuma zədələnməsinin əsas göstəricilərindən biridir. Uşağın otağı, evi nə qədər təmiz olsa, yetkinlik dövründə iltihablı proseslərin inkişaf riski bir o qədər yüksəkdir.
Uşağın immuniteti güclənmək üçün mikroblarla təmasda olmalıdır. Uzun əsrlər boyu bəşəriyyət, yumşaq desək, çox da gigiyenik deyildi. Sterillik gündəlik həyatımıza yenicə daxil olub və orqanizmlər hələ yeni reallığa uyğunlaşmayıb.
Professor Tomas MakDaidin başçılıq etdiyi tədqiqatçılar qrupu 22 il ərzində 3000 filippinli ailə haqqında məlumatları təhlil edib.
Daha sonra bu məlumat Amerika ailələrinin xəstəlik tarixçələri ilə müqayisə edilib. Məlum olub ki, filippinlilər ürək problemlərindən daha az əziyyət çəkirlər və daha uzun yaşayırlar. Uşaqların ABŞ-dakı kimi steril şəraitdə böyüməməsinə baxmayaraq, onlar xəstəliklərə daha dözümlüdürlər.
Aygün Musayeva