Əzaların uyuşması təhlükəli xəstəliklərin əlaməti ola bilər, onlardan biri də ürək çatışmazlığıdır.
"Medicina" xəbər verir ki, bu barədə "Gazeta.ru"ya müsahibəsində nevroloq İqor Maçokin deyib.
"Uyuşma ürək çatışmazlığı, poliartrit, polineyropatiya, beyin və onurğa beyninin zədələnməsi, sinir-əzələ xəstəlikləri, B12 vitamini çatışmazlığı, həmçinin qalxanabənzər vəzin xəstəliyi və ya diabet kimi hormonal pozğunluqları göstərə bilər. Qollarda və ya ayaqlarda qısamüddətli uyuşma isə narahat mövqedə duruşunuz ilə əlaqələndirilir. Ancaq bu, müntəzəm olaraq baş verərsə, ciddi sağlamlıq problemlərinin olması riski yüksəkdir.
Bu simptomun əsasında sinirin özünə və ya qabığına ziyan vurması, ətraf toxumalardan sinirə təzyiq, spazm və ya damar patologiyası fonunda qan axınının pisləşməsi və ürək patologiyası fonunda periferik qan dövranı çatışmazlığı dayanır", - nevroloq qeyd edib.
Mütəxəssisin fikrincə, əzaların birtərəfli uyuşması beyin və onurğa beyni yollarının patologiyası kimi daha ağır xəstəliklərdən xəbər verə bilər. Bu vəziyyətdə sinirlərin həssas lifləri və onların kökləri boyunca impulslar pozulur. Uyuşma, həmçinin qıcıqlanma, yanma və üşütmə hissi sizi tez-tez narahat edirsə, həkimə müraciət etməlisiniz. /publika.az/