İnsanın əlləri onun keçmişi, gələcəyi haqda bir sıra məlumatlar verir. Ələ baxarkən insanın xasiyyəti, həmçinin sağlamlığı və yoluxa biləcəyi xəstəliklər haqda bir sıra informasiyalar almaq mümkündür.
Medicina.az sizə insanın əllərinin quruluşuna baxaraq insan haqda bir sıra proqnoz verməyin yollarını təqdim edir.
1) Ovucun rəngi - Əgər insanın ovcunun içi qırmızıdırsa bu, onun qaraciyərinin toksiki təsirlərə məruz qalmasından xəbər verir. Əgər əllər mərmər görünüşlüdürsə, bu, onun vegetativ sistemi ilə bağlı problemlərdən xəbər verir. Sarı rəngli ovuc öd, öd yolu, qaraciyər, hepatit, xalongit, xolistit, sarılıq kimi xəstəliklərin xəbərçisi ola bilər. Əldə kiçik laylar yaranarsa, bu birbaşa A və D vitaminlərinin çatışmazlığından aşlıdır. Əgər laylar iri ölçüdədirsə bu zaman siz təcili dermatoloqa gedin. Əllərinizdə göbələk infeksiyası inkişaf etmiş ola bilər.
2) Əllərin temperaturu da insan orqanizminin vəziyyətindən xəbər verir. Əgər əlləriniz həmişə soyuqdursa, bu əlamət nikotin turşusunun çatışmazlığından xəbər verir ki, nəticədə periferik qan dövranının pozulması meydana çıxır. Buna görə də, tərkibində nikotin turşusu olan ərzaqlar - ət, süd məhsulları, qarabaşaq, göbələk, kələm, lobya istifadə etmək lazımdır.
Ovuclar həddən artıq isti olduqda, başqa sözlə "yandıqda” isə bu sizin qaraciyərinizin alkoqol, dərman və kimyəvi vasitələr səbəbindən yaranan intoksikasiya prosesinin öhdəsindən gələ bilməməsindən xəbər verir.
3) Ovucların gicişməsi zamanı isə endokrin sistemdə bir sıra problemlərin olduğu bəlli olur. Həmçinin əllərin nəm olması da qalxanabənzər vəzin normadan çox hormon sintez etməsi (hiperfunksiyası) ilə əlaqəlidir. Əksinə, ovucun quruluğu və solğunluğu qalxanabənzər vəzin normadan az hormon sintez (hipofunksiya) etməsindən aslıdır.
4) Ovucları ət kimi yumşaq olan insanların qan dövranlarında, maddələr mübadiləsində problem olur.
5) Barmaq uclarında olan ləkələr ürək-damar xəstəliklərinin əlamətlərindəndir. Baş barmaqların keyiməsi isə tənəffüs sistemində yaranan problemlərdən xəbər verir. Əgər barmaqların uclarında dərin qırışlar yaranıbsa, bu zaman qanda olan şəkər miqdarını ölçdürün. Çünki bu əlamət əsasən şəkərli diabet zamanı meydana çıxır.
Barmaq ucları qırmızı rəngdədirsə deməli həzm sistemində, tünd qırmızı və ya açıq bənövşəyi rənglidirsə o zaman qaraciyər və ya böyrəklərdə problem yaranıb. Sağ əlin işarə barmağının yan tərəfində olan səpkilər yoğun bağırsağın düzgün işləmədiyindən xəbər verir.
6) Əl oynaqlarının xırçıldaması – kalsium çatışmazlığından xəbər verir. Həddən artıq elastik və ya əksinə olan oynaqlar qaraciyər və öd kisəsinin problemlərindən xəbər verir.
Oynaqların qeyri-düzgün formada olması ilə artrozun əlamətidir. Bu problem əsasən podaqra xəstəliyindən əziyyət çəkən insanlarda müşahidə olunur.
Əlin formasına görə insanı gələcəkdə gözləyən xəstəliklərdən də agah olmaq olar:
Ovuc nə qədər geniş olarsa o zaman insan bir o qədər sağlam olacaq. Amma geniş ovuclu və qısa barmaqlı insanlar qan-damar sistemi xəstəliklərinə daha çox meylli olurlar. Solğun dərili, uzun barmaqlı, dar ovuclu əllər daha çox insanın əsəbi olmasından xəbər verir. Kiçik əli olan insanlar ən çox bronxial astma, düz bağırsağın iltihabı, hipertoniyadan daha çox əziyyət çəkirlər.
Çin tibbinə əsasən ovucun tam mərkəzində olan nöqtə bütün orqanizmin enerji mərkəzi sayılır. Əgər bu nöqtəni barmağınızla sıxdığınız təqdirdə ağrı hiss etsəniz, o zaman sizin sağlamlığınızla bağlı ciddi problemləriniz var.
Arzu
Medicina.az