Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü

  • 2025.02.25 15:17
  • 307 Baxış
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

Medicina.az Teleqraf-a istinadən xəbər verir ki, gənc xanım narkozdan sonra allergik şok keçirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.