Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- ŞamaxıdaƏlillərin Regional Bərpa Mərkəzi yaradılacaq

  • 2019.10.03 11:27
  • 3202 Baxış
- Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur.


Nazirlikdən Medicina.az-a bildirilib ki, bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub.

Yeni yaradılacaq reabilitasiya müəssisəsində Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.