Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– “Fiziki məhdudiyyət gözəlliklə ziddiyyət təşkil etmir”Əlil “Barbi”lər satışa çıxarılacaq

  • 2019.02.14 16:21
  • 6765 Baxış
– “Fiziki məhdudiyyət gözəlliklə ziddiyyət təşkil etmir” Əlil “Barbi”lər satışa çıxarılacaq

Dünyanın ən məşhur oyuncaq brendi olan "Barbi” gəlincikləri seriyasına yeni modellər əlavə olunacaq.


Medicina.az xəbər verir ki, bu modellər protez ayaqlı və əlil arabasında olacaq.


"Barbi” gəlinciklərinin istehsalçısı "Mattel” şirkəti bəyan edib ki, bu gəlinciklər uşaqlara əlillik və fiziki qüsurun gözəlliklə ziddiyyət təşkil etmədiyini aşılayacaq və fiziki məhdudiyyətli uşaqlarda özünə əminlik yaradacaq.


Şirkət yeni gəlinciklərin bu ilin iyun ayından satışa çıxarılacağını bildirib.