Əli, qolu ağrıyırdı, biləyində maye aşkarlandı – USM altında bir iynə ilə müalicə- VİDEO
Əli, qolu ağrıyırdı, biləyində maye aşkarlandı – USM altında bir iynə ilə müalicə- VİDEO
2019.07.10 17:10
14561 Baxış
Gənc kişidə uzun müddət idi əlinin içi, biləyindən başlayan və qola yayılan ağrılardan əziyyət çəkirdi. O, nevroloqlara müraciət edir, travmatoloqa gedir, bir müddət ağrıkəsici, mazlar, kompresslər edir. Lakin ağrısı keçmir.
Medicina.az xəbər verir ki, biləyindən güclü ağrı ilə Ağrı mərkəzinə üz tutan pasiyentə sadəcə ələ, biləyə USM ilə müayinə olunur.
İnvaziv ağrı mütəxəssisi dr. Zülfüqar Yusifov pasiyentdə bilək vətərləri arasına maye yığılması və iltihab aşkarlayaraq, De-quervain tenosinovit
diaqnozu qoyulur.
Bu patologoyada yeganə effektiv metod USM altında inyeksiya edərək, mayeni çəkmək və iltihabı müalicə etməkdir. Cəmi 10 dəqiqəlik prosedurla xəstə ağrısız, problemsiz yola salındı.
Əl oynağı, biləkdə müalicəyə tabe olmayan, azalmayan ağrılar olduqda, vaxt itirmədən vətərlər, əzələlərarası iltihabın olub –olmaması dəqiqləşdirilməlidir.