"Koronavirusa insanların 100%-i yoluxacaq"
Medicina.az xəbər verir ki, Avropa Nevrologiya Akademiyasının üzvü həkim Qalib Əsədov hesab edir ki, görülən bütün tədbirlərə baxmayaraq, virusu dəf etmək mümkün olmayacaq.
Həkimin yoluxma ilə bağlı proqnozunu təqdim edirik:
- 25% insan virusa yoluxduğunu heç bilməyəcək, ayaqüstə keçirəcək. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.
- 35% insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.
- 20% insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Hospitalizasiyaya ehtiyac yaranacaq. Amma sağalacaq.
- 15% insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq və güclü müalicələr, tibbi müdaxilələr olarsa yaşayacaq
- 5% insan dünyasını dəyişəcək.