Xalq artisti Afaq Bəşirqızı səhhətində problem yaranması barədə yayılan məlumatlara münasibət bildirib.
Medicina.az xəbər verir ki, bununla bağlı Kult.az-a açıqlama verən xalq artisti bildirib ki, səhhəti yaxşıdır və Elgiz verilişi “qatmaq” üçün bu cür məlumat yayıb:
“Hər şey yaxşıdır. Heç bir problem yoxdur. Elgizdir də, verilişi “qatmaq” üçün bir şey lazım idi, o da deyib”.
Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış aparıcı Elgiz öz verilişində xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranması barədə açıqlama vermişdi.