Nazirlər Kabinetinin müvafiq qərarına əsasən koronavirus əleyhinə “Peyvənd sertifikatı”nın elektron forması üzərində dəyişikliklər edilir.
Bu barədə
Medicina.az -a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, fevral ayının 15-dən sonra elektron sistemdə bütün dozalar üzrə məlumatlar öz əksini tapacaq: “Peyvənd sertifikatı”nın “Etibarlılıq müddəti” bölməsində isə sertifikatın müddəti qeyd ediləcək. Belə ki, 2 doza aşı olanlar üzrə 6 ay müddət qeyd olunacaq, buster doza və ya 4-cü dozanı qəbul edənlər üzrə isə müddətsiz kimi əks olunacaq. Mövcud qərara edilən dəyişiklikdən sonrakı bir neçə gün içində 15 fevral tarixindən müddəti bitmiş hesab olunacaq sertifikatlarda “Müddətsiz” sözü “15 fevrala qədər etibarlıdır” sözləri yenilənib. Birinci və ikinci vaksini almış, buster dozası olmayan şəxslərdə isə müvafiq müddət (ikinci dozadan 6 ay sonra) qeyd edilib".
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.