Araşdırmalar göstərir ki, siqaretlə yanaşı elektron siqaretlər bədəndə ciddi iltihab yarada bilər.
Nikotinin istifadəsi xərçəng, ürək xəstəliyi, insult və digər xəstəliklərə gətirib çıxardır. Məhz buna görə elektron siqaretlər peyda olanda, ümid var idi ki, bu orqanizm üçün sağlam alternativ yoldur.
“Medicina” xəbər verir ki, təbii siqaretlərdən fərqli olaraq, elektron siqaretlər daha çox ağciyərdə şiddətli iltihab prosesini gücləndirir. Ümumilikdə hər iki siqaret ürək – damar sisteminin ağırlaşmasına gətirib çıxardır.
Tədqiqatın müəllifi, Los – Ancelesdə Kaliforniya Universitetinin press – konfransında elektron siqaretlərin göründüyü kimi zərərsiz olmadığınə açıqlayıb.
Alimlər pandemiyadan əvvəl 45 nəfər siqaret çəkməyən, 30 elektron siqaret istifadəçisi və 29 “müntəzəm” siqaret çəkəndən toplanmış plazmanı araşdırıblar. Daha sonra pandemiyanın ortasında virusun çoxalması ilə bağlı zülallar toplanıb yoxlanılıb. Bu zülallar ACE2, ferriyin, Ang II, Ang 1-7, IL-6R, sCD163, L-selektindir. Və son üç zülal hüceyrələrdə ADAM17 kimi tanınan bir zülal tərəfindən mənimsənilir.
Məlum olub ki, tütün və ya siqaret çəkən sağlam gənclərin qan plazmasında furin, sCD163 və L-selektinin səviyyəsi siqaret çəkməyənlərlə müqayisədə 2 dəfə artıb.
Günay