San-Fransisko universitetinin alimləri elektron siqaret çəkməklə infarkt riskinin artdığını sübut ediblər.
“Medicina” xəbər verir ki, elektron veyplər siqaretdən imtina və tərgitmək üçün alternativ metod kimi təbliğ olunur.
Lakin tədqiqatın nəticələri göstərib ki, elektron siqaretlər tütündən də zərərli ola bilər.
Amerikalı alimlər müntəzəm veyp çəkməyin infarkt riskini 2 dəfə artırdığını sübut edib.
Düzdür, tütün çəkənlərdə bu risk 3-4 dəfədir.
Lakin Boston universitetinin professoru bildirib ki, infarkta səbəb elektron siqaret yox, bu insanların öncədən illərlə siqaret çəkməsi və onu tərgitmək üçün elektrona keçməsidir. Yəni bu insanlar infarkt riski qrupunda idilər.
Aygün Musayeva