Elektron siqaret istifadəsinin səbəb olduğu bildirilən ağciyər xəstəliyindən ölənlərin sayı 37-yə yüksəlib.
Medicina.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, elektron siqaret istifadəsi səbəb olan xəstəliklərin sayı 888 minə çatıb. Bundan əlavə, ölkə daxilində 24 ştatda elektron siqaretin səbəb olduğu ağciyər xəstəliklərindən ölənlərin sayı 37-yə çatıb.
Xəstəliyin simptomları
Mütəxəssislər xəstəliyin əlamətləri arasında tənəffüs çatışmazlığı, yorğunluq, sinə, baş ağrısı və qusmanı çəkir.
Bundan əlavə, qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər.
Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir. Belə ki, darçınlı və mentollu mayelər ürəyə birbaşa zərbədir. Ənənəvi siqaret çəkən zaman insan nə qədər siqaret çəkdiyini bilir. Ancaq elektron siqaretlər aldadıcı ola bilir. Belə ki, çox qısa bir zaman müddətində özünüzü böyük miqdarda nikotinə məruz qoya bilərsiniz.