İngiltərədə şirkətlərdən biri ağıllı qoruyucu istehsal edib. İddiaya görə ağıllı qoruyucu insanın cinsi əlaqə zamanı neçə kalori sərf etdiyini və cinsi yolla orqanizmə keçən infeksiyaların miqdarını ölçə bilir.
Medicina.az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, bu müasir texnologiya məhsuluna istehsalçı "İ.Con" adını verib. Bundan əlavə kişilərin cinsi qabiliyyətlərinin qiymətləndirmələri üçün lazım olan bütün statistik məlumatları daxili yaddaşında toplaya bilir. Cinsi əlaqənin müddətindən yandırılmış kalorilərin miqdarına qədər bir çox məlumatı özündə əks etdirir.
Həmçinin xlamidiya və sifilis kimi cinsi yolla keçən infeksion xəstəliklərə yoluxma hallarını aşkar etməyə kömək edir.
Bununla birlikdə, təhlükəsiz yerdə saxlanıldıqda, dəfələrlə istifadə edilə bilər. Digər sağlamlığa nəzarət cihazları kimi, ağıllı prezervativ də məlumatları bir smartfon tətbiqindən digər smartfon tətbiqinə ötürmək üçün yaddaş tutumuna və bluetooth texnologiyasına malikdir.
İlkin olaraq 96 mindən çox adam qabaqcadan sifariş verib. Buna baxmayaraq satışı 2018-ci ilin yanvar ayında mümkün olub. Zərif olsa da suya davamlıdır. USB portu olan bu qoruyucu elektrik enerjisi ilə işləyir. Beləcə USB kabeli vasitəsilə enerji yığdırmaq mümkündür. Tam yüklənmiş enerji ilə 6 saatdan 8 saata qədər istifadə edilməsi mümkündür.