Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Elə həkimlərimiz var ki, 6 min manat maaş alır”

  • 2018.12.28 13:17
  • 9585 Baxış
“Elə həkimlərimiz var ki, 6 min manat maaş alır”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.


Medicina.az-ın Modern.az-a istinadən məlumatına görə, Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib.


Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub.


"Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb”.


Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər olub.


Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.