Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Eldar Həsənovun səhhəti yaxşı deyil: Ayaqları tutuldu

  • 2021.03.31 10:59
  • 1569 Baxış
Eldar Həsənovun səhhəti yaxşı deyil:  Ayaqları tutuldu
“Həbsdə olan keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri olmuş Eldar Həsənovun səhhəti yaxşı deyil. O hazırda yaxşı yeriyə bilmir, ayaqları tutulub, əsa ilə yeriyir. Mədəsində və belində ağrılar var”.

Medicina.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov "Amerikanın Səsi"nə bildirib. Onun sözlərinə görə, vəkil kimi istənilən vaxt Həsənovla görüşə bilir.

Vəkil bildirib ki, müstəntiq vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edir.

Baş Prokurorluğun Mətbuat Ximdətindən isə bildiriblər ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.


Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.