Sabiq Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında bu gün cərrahiyyə əməliyyatı olunacaq.
Medicina.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.
Qeyd edək ki, E.Həsənov səhhətində yaranan problemlərə görə bir neçə gün öncə DTX-nın Hərbi Hospitalına köçürülmüşdü.