Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əlcəzairdə doğum evində yanğın - 8 körpə vəfat edib

  • 2019.09.25 14:27
  • 5442 Baxış
Əlcəzairdə doğum evində yanğın -  8 körpə vəfat edib
Əlcəzairin əl-Vadi bölgəsində doğum evində yanğın baş verib.


  Medicina.az Əl-Hədas telekanalına istinadla xəbər verir ki, Əlcəzairin Səhiyyə Nazirliyi əl-Vadi bölgəsində xəstəxanada baş verən yanğın nəticəsində 8 körpənin vəfat etdiyini təsiqləyib.

 

Məlumata görə yanğın zamanı aidiyyatı qurumlar xəstəxanadan 67 hamilə qadın və tibb işçilərini zamanında təxliyə edə biliblər.

Əlcəzair hökumətinin göstərişi ilə aidiyyatı qurumlar hadisənin səbəblərinin araşdırılması üçün komissiya təşkil ediblər.

Əlcəzairdə doğum evində yanğın -  8 körpə vəfat edib