Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Əlcəklər virusu daha da yayır, günaşırı evdə qalınmalıdır" - Həkimdən koronavirus təklifləri

  • 2020.06.05 18:48
  • 3280 Baxış
"Əlcəklər virusu daha da  yayır, günaşırı evdə qalınmalıdır"   -  Həkimdən koronavirus təklifləri


"Aztv- də verilişə baxıram. Dr. Rəşad Mahmudovdan başqa gələn digər qonaqlar əlcək taxıblar. Rəşad doktor onların bildiyi nəyi bilmir? Əgər əlimizdə əlcək saçımızı yaxud yaxamızı düzəldəcəyiksə, o zaman nə mənası.. Məgər virus əlimizin dərisindən sorulur qanımıza keçir?


Heç olmasa gələn həkim qonaq ilə məsləhət edilsin. Çünki bu da səhv məlumat ötürməkdir".


Medicina.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, bir çoxlarının iş yerində, yolda, postda. vəzifə başında tibbi əlcək taxmasının heç bir qorunma tədbirlərinə təsiri olmadığını deyib.


" İnsanları məsyliyyətsizlikdə günahlandırırlar, amma bəzi məqamların səhv olduğunu demək istəmirlər. Məsələn, postda olan polislərin əlində bir əlcək ilə hamıdan sənəd alıb baxmağı, kassada işləyənlərin bir əlcəkdə hamıya xidmət etməsi, satıcıların bütün gün bir əlcəkdə olması.. yəni bu infeskiyanı birindən digərinə ötürmək deməkdir. Halbuki hər xidmətdən sonra əllər dezinfeksiya edilməli, ya yuyulmalı idi. Bu haqda dəfələrlə desək də, tədbir görən olmadı. Və yenə də əlcək taxdılar. Biz bu gun nəyi nə üçün etdiyimizi bilmiriksə başqalarını da inandıra bilmərik.

Karantin şərtləri yumşalanda maskasızlığa cərimələr tətbiq edilməliydi. Nəinki evdən bayıra çıxanları yüz manat cərimə edib qıcıq yaratmaq. Bu günlərdə mağazalarda olan insan topluları bu iki günə yoluxma üçün nəs etməyəcəkmi? Yaxşı olardı ki, mağazaların içində növbə rejimini bayırdan idarə ediləydi. Amma baylrda eyni vəziyyət olmamaq şərtilə.

Əlbəttə heç kim belə olacağını təxmin etmirdi, heç Operativ Qərargahın özü də.. İndi sadə insanları günahlandırmaq lazim deyil. Onlara azaflıq lazimdir, sərbəst gəzsin, rahat nəfəs alsın.

Qadağa müddətindən sonra "məsuliyyətli ol, maskanı tax, ətrafını yoluxdurma" demək özü məsuliyyətsizlikdir. Çünki insanın şüuraltındakı "qadağaya nifrət" hələ uşaqlıqdan formalaşır və bu onun təbiətindədir. Bu qadağa onun xeyrinə olsa belə. Yoxsa elə hamı ideal həyat tərzi sürər, ideal sağlam qidalanardı. Deməyim odur ki, cərimələr və güclü nəzarət karantin yumşalandan olmalı idi.

İndi isə yenə #evdəqal kampaniyası başlamalıdır. Heç olmasa günaşırı. Çünki yalnız həftəsonu çıxış yolu olmayacaq. Günaşırı #evdəqalmaq bazar-dükanda da insan tıxacı yaratmaz".