Əl dezinfeksiyaedici vasitələrin beyindəki kritik hüceyrələrə zərər verdiyi aşkarlanıb.
Medicina.az xəbər verir ki, tədqiqatçılar bunun "təəccüblü" olduğunu söyləyiblər.
Müəyyən edilib ki, əl dezinfeksiyaedici vasitələrdəki maddələr orqanın inkişaf mərhələsində beyindəki dayaq hüceyrələrini zədələyir.
Toksiklik səviyyəsi bilinməyən 1823 birləşmənin tədqiq edildiyi araşdırmada laboratoriya şəraitində “oliqodendrosit” adlanan hüceyrələri öldürən və ya inkişafının qarşısını alan iki kimyəvi sinif müəyyən edilib. Dəstək hüceyrələri olan oliqodendrositlər neyronları əhatə edir və beyin siqnallarının sürətlə hərəkət etməsinə imkan verən izolyasiya örtüyü əmələ gətirir.
“Nature Neuroscience” akademik jurnalında dərc edilən araşdırmada müəyyən edilən kimyəvi siniflərdən biri dördlü birləşmələrdir. Əl dezinfeksiyaedici vasitələrdə olan bu birləşmələr diş pastası və ağız qarqarası kimi şəxsi qulluq məhsullarında da bakteriya və virusları öldürmək üçün istifadə olunur. Bunlar səhv istifadə nəticəsində, eləcə də zəif havalandırılan yerlərdə udula və ya tənəffüs edilə bilər.
Kimyəvi maddələrin başqa bir sinfi toxuculuqda, yapışdırıcılarda və mebeldə alov gecikdirici kimi geniş istifadə olunan orqanofosfatlardır. Yağda həll olunan orqanofosfatların dəri vasitəsilə orqanizmə sorularaq beyinə çatma riski var. Siçanlar üzərində aparılan təcrübələr bu, birləşmələrin qan və beyin hüceyrələri arasında qoruyucu qalxan rolunu oynayan qan-beyin baryerini keçə biləcəyini göstərir.
Həmçinin məlum olub ki, setilpiridinium xlorid kimi tanınan dördlü birləşmə növündən gündə 10 doza verilən heyvanların beynindəki oliqodendrositlərin sayı azalır. Oxşar təsirlər laboratoriyada yetişdirilən və beyin hüceyrəsi toxuması kimi davranan insan kök hüceyrələrində də müşahidə edilib.
ABŞ-ın Case Western Reserve Universitetinin molekulyar bioloqu Erin Kon müəllifi olduğu araşdırma haqqında bunları deyib:
“Biz oliqodendrositlərin dördqat ammonium birləşmələrinə və alov gecikdirən orqanofosfata qarşı təəccüblü dərəcədə həssas olduğunu gördük”.
Tədqiqatçılar məktəb və xəstəxana kimi yerlərdə işləyən təmizlik işçilərnin istifadə etdikləri güclü dezinfeksiyaedici maddələrə görə digər insanlara nəzərən bu maddələrə daha çox məruz qaldıqlarını vurğulayırlar.
Qeyd edək ki, COVID-19 pandemiyası zamanı insanların qanında pandemiyadan əvvəlkindən iki dəfə çox dördqat birləşmə olduğu müəyyən edilib. Bunun dezinfeksiyaedici maddələrdən geniş istifadə ilə bağlı olduğu düşünülür.
Aysel