Havaların soyuması ilə xərçəngin bəzi növlərinin əlamətləri bədəndə daha nəzərəçarpan olur.
“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyev artıq xəstəliyi olan insanların soyuqlara çox həssas olduğunu bildirib.
“Soyuq aylar xərçəng xəstələrində əlamətləri daha qabarıq edir və xəstəliyi kəskinləşdirir.
Sağlam insanda bədəndə temperatur tənzmlənməsi avtomatikdir və orqanizm özü daxili temperaturu 36,5-ə qədər saxlayır.
Bu nəzarət hüceyrədaxili mitoxondriya-antenlərin sayəsində olur. Amma şiş hüceyrələrində metoxondrial enerji hasilatı mexanizmi zədələnmiş olur. Bu da xəstələrdə soyuq disezteziyası, əl-ayaqda dərinin qaz dərisi kimi olmasına gətirib çıxarır. Xəstələr daha çox əl-ayaq barmaqlarının donması, soyuq bilək və dabanlardan əziyyət çəkir.
Eləcə də artıq kimyaterapiya keçən xəstələrdə soyuğa həssaslıq artır.
Üstəlik müalicə əlavə olaraq qanazlığı, yorğunluq yaradır. Ona görə soyuq aylarda xərçəng xəstələri özlərini narahat hiss edir.
Düzdür, soyuq əl-ayaq digər xəstəliklərin də siqnalı oal bilər. Ona görə əlavə əlamətlərə diqqət yetirin:
- Həftələrlə keçməyən ciddi yorğunluq
- Çəkinin səbəbsiz artması və azalması
- Bədənin müəyyən yerlərində ödem və bərkimə
- Naməlum səbəbli ağrılar
- Dəridə sarılıq, qızarma, qansızma, qanaxma, xallar və s.
- Səsin tutulması, öskürək
- Bədəndə göyərmələr
- Gecə tərləməsi
- Baş ağrıları
- Ağızda dəyişiklik
- İştahsızlıq və s.
Belə hallar varsa, terapevt və ya onkoloqa görünün”.
Aygün Musayeva