Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ƏL-AYAĞIMIZ NİYƏ “BUZ KİMİ” OLUR? - Ağır xəstəliklərin soyuq mesajı

  • 2018.11.05 14:17
  • 26264 Baxış
ƏL-AYAĞIMIZ NİYƏ “BUZ KİMİ” OLUR? -  Ağır xəstəliklərin soyuq mesajı
İnsanın əllərinin və ayaqlarının soyuq olması əslində normal bir haldır. Bu isə ürəyin öncə beyin və ağciyər kimi həyati əhəmiyyətli orqanları qanla təchiz etməsindən irəli gəlir. Bu səbəbdən də barmaqlarımız çox vaxt soyuq olur. Amma "barmaqlarım sanki buzdur” deyirsinizsə, bu, ciddi problemlərin xəbərçisi ola bilər.   


Medicina.az əllərin və ayaqların hansı səbəblərdən "buz kimi soyuq” olduğunu araşdırıb: 


1. Raynaud sindromu – soyuq barmaqlar bu xəstəliyin əlaməti ola bilər. Əsasən əl barmaqlarında, burun və qulaqda qan dövranının pozulması  ilə meydana çıxır. Qan dövranının pozulması nəticəsində ən əvvəl orqan avazıyır, sonra isə qızararaq yanma hissə verir.  Bununla yanaşı ağrı və gicişmə hissi də yaradır. 


2. Autoimmun pozğunluqlar – orqanizmin öz toxumalarına qarşı yaratdığı müdafiə funksiyasının yaratdığı bir xəstəlikdir. Bəzən immun sistemi orqanizmin normal komponentlərini "yad” hesab edərək onlara qarşı müdafiə sistemi – avtoantikor yaradır.  Xəstəlik nəticəsində bədəndə iltihab yarana və bir sıra funksiya pozulmalarına yol aça bilər. 


3. Hipotiroid – tiroid vəzinin lazımı miqdarda hormon yaratmaması nəticəsində yaranan xəstəlikdir. Yod əskikliyi bu xəstəliyin ən yayılmış səbəblərindən biridir. Qalxanabənzər vəz lazımi miqdarda hormon ifraz etmədikdə orqan və toxumalara yetərli miqdarda qan çatdırılmır. 


4. Qan dövranının pozulması – sağlam bir orqanizm üçün qan dövranının normal olması vacibdir. Məhz bunun sayəsində orqan və toxumalar davamlı olaraq oksigen və qida maddələri ilə təmin olunur. Qan dövranının pozulması bir çox digər xəstəliklərə də səbəb ola bilər. 


5. Qan azlığı (anemiya) – qanda olan qırmızı qan kürəciklərinin (eritrositlər) tərkibində oksigen daşınmasını və qan hüceyrələrinin qırmızı olmasını təmin edən  hemoqlobin yerləşir. Nəfəs alarkən oksigen hemoqlobinə birləşərək hüceyrələrə ötürülür. Hemoqlobinin əskikliyi isə bundan əlavə halsızlıq, yorğunluq, iştahsızlıq kimi özünü büruzə verir.


6. B12 vitamininin əskikliyi - ət, yumurta, süd və digər ərzaq məhsullarında rast gəlinən bu vitamin qırmızı qan kürəciklərinin yaranmasında əhəmiyyətli rol oynayır. Bu vitaminin çatışmazlığı əsasən qırmızı sümük iliyində qan hüceyrələrinin yaranması prosesinə mənfi təsir edir. 


7. Qan təzyiqi - qan təzyiqi aşağı olduğu zaman orqanizmin qoruyucu funksiyasının sayəsində qan daha vacib orqanlara ötürülür. Belə olan halda, əl barmaqlarına soyumasından əlavə bulanıq görmə, ürək bulantısı, halsızlıq kimi əlamətlər də müşahidə edilə bilər. 


Bütün sadalananlardan əlavə  stress və həyəcan, gündəlik dərman qəbulu, siqaret istifadəsi də haqqında danışılan narahatlığa yol aça bilər.


Arzu Mirzəyeva

Medicin.az