Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əl –ayağı qaşınanlar – Qaraciyərini yoxlatsın

  • 2023.10.17 16:54
  • 1832 Baxış
Əl –ayağı qaşınanlar  – Qaraciyərini yoxlatsın

Yağlı qaraciyərin simptomları başlanğıc mərhələdə dəri əlamətləri ilə özünü göstərə bilər.

“Medicina” xəbər verir ki, qeyri –alkoqol mənşəli piylənmədə pasiyentlər ilk başda qaşınmadan şikayətlənir.

Alimlər bildirir ki, adətən qaşınma ayaq, ovuc içi və dabanlarda olur.

Qaraciyər xəstələri gün ərzində qasınma intensivliyinin dəyişdiyini bildirib.

Ən güclü qaşınma gecə, yuxudan öncə və yuxuda olur.

Alimlər bildirir ki, qaraciyər xəstəliyində qaşınmanın səbəbi dəri səthinə keratinosit hüceyrələrinin çıxmasıdır.

Bu xəstələrdə qanda çox miqdarda fosfolipid və piy qalıqları dövr etdiyi üçün güclü qaşınmaq istəyi yaranır.


Bəs bu qaşınma ilə dəri xəstəliyini necə fərqləndirməli?

Qaraciyər xəstəliyində qaşınma zamanı dəridə səpki, zədələnmə olmur. Amma qaşıma zamanı dırnaqlar dərini cızıb infeksiya yarada bilər.

Bu qaşınmanın müalicəsi yoxdurə, əsas səbəb qaraciyərdir. Əgər qarında şişmə, damar ulduzcuqları və dərinin saralması əmələ gələrsə, təcili həkimə getmək lazımdır”.


Aygün Musayeva