Uzun müddətdir medianın diqqətindən kənarda qalan və özünə çəkilən yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yaranıb.
Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki, 83 yaşlı yazıçının ürəyində şiddətli ağrılar var, yeriməkdə və danışmaqda çətinlik çəkir.
Hazırda ev şəraitində müalicə alan yazıçı hələ ki, xəstəxanaya yerləşdirilməyib.
Qeyd edək ki, 1937-ci il təvədllüdlü Əkrəm Əylisli “60-cılar” ədəbi nəslinin ən parlaq nümayəndələrindən biri sayılır. Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.
Lakin tarixi həqiqətləri təhrif edən və erməni saxtakarlığına şərik olan “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Əkrəm Əylislinin heç də bu xalqın yazıçısı olmadığı bildirildi. İctimai fikri əsas götürən Prezident İlham Əliyev isə Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etdiyinə görə 7 fevral 2013-cü il tarixli sərəncamla onu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum etdi. Ondan ordanləri də geri alındı.
O vaxtdan Əkrəm Əylisli özünə çəkilib.