Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təlimləri yekunlaşdı - FOTO

  • 2023.10.25 12:24
  • 1458 Baxış
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təlimləri yekunlaşdı -  FOTO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər yekunlaşdı.


Medicina.az xəbər verir ki, təlimin yekunu olaraq 2 sentyabrda “World Business Center” tədbir keçirilib.

Tədbiri giriş sözü ilə təşkilatın Sədri Fikrət Yusifov açıb və layihə haqqında ətraflı məlumat verib. Çıxışçı nitqində Mühasibat Uçotu Haqqında qanunun tələbləri, ölkədə uçotun beynəlxalq standartlara keçidi üzrə mövcud vəziyyət, hazırkı təlimin beynəlxalq standartlara keçid baxımından əhəmiyyəti barədə geniş nitq söyləyib. Tədbirin gündəliyinə uyğun olaraq təlimçi beynəlxalq standartların mühüm aspektləri, standartların mahiyyəti barədə çıxış etmiş, təlim iştirakçılarının sualları cavablandırılıb.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunub.

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

1 avqustdan başlayan təlimlər 1 ay boyunca davam edıb, tədris proqramına uyğun olaraq 37 adlı Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə təlim keçirilib, təlimə dair müxtəlif sertifikasiya mərkəzlərinin tədris vəsaitləri təlim iştirakçılarına paylanıb, hər bir iştirakçının fərdi inkişaf planı tərtib edilərək beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirakına dair məsləhətlər verilib.

Tədbirin yekunu olaraq təlimdə davamlı olaraq iştirak etmiş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.