Tutulduqlar amansız xəstəlik iki il aralığı ilə əkiz qardaşların həyatına son qoyub.
Medicina.az xəbər verir ki, Türkiyənin Kocaeli bölgəsində halı pisləşən 3 yaşlı Taner xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra ona "bəyaz maddə" xəstəliyi dioqnozu qoyulub. Müalicə edilən uşağın həyatını qurtarmaq mümükün olmayıb.
Məlum olub ki, iki il öncə eyni xəstəlikdən Tanerin əkiz qardaşı Caner dünyasını dəyişib.
"bəyaz maddə" xəstəliyi nədir?
Ağ və ya bəyaz maddə, sinir sistemində olan neyronların əmələ gətirdiyi bir qrupdur. Adının bəyaz olma səbəbi, tərkibində miyelinli sinir liflərinin mövcudluğu və onların ağ rəngli olması ilə bağlıdır.
Beyinin ağ maddə təbəqəsinə təsir edən və pisləşdirən irsi və mütərəqqi xəstəliklərə "leykodistrofiya" adı verilir. Bu xəstəlik qrupunda, əldə edilmiş bacarıqların itkisindən ağır nevroloji iştiraka qədər bir klinik mənzərə müşahidə olunur. Leykodistrofiyaların əksəriyyəti uşaqlıqda və ya yetkinlikdə özünü göstərir.
Bu xəstəlik qrupunun diaqnozunda kranial görüntü, elektrofizyolojik tədqiqatlar, ferment analizi və molekulyar tədqiqatlardan istifadə olunur. Leykodistrofiyalarda qəti bir müalicə yoxdur və tədqiqatlar hələ davam edir.