Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, məlumatda bildirilir ki, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edəcək:
"Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik".
Anomal isti hava şəraitinin iyulun 4-dək davam edəcəyi qeyd olunub.