Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Ehtiyatsızlıqdan başqasını virusa yoluxduran qatildir” – Hacı Şahindən koronavirusa dini baxış

  • 2020.04.01 13:52
  • 1531 Baxış
“Ehtiyatsızlıqdan başqasını virusa yoluxduran qatildir”   – Hacı Şahindən koronavirusa dini baxış


“Ağılsız insanları Allah qorumur. Odur ki, insan bu dövrdə ehtiyatlı davranmalıdır, ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar edən, başqasını yoluxdurarsa, qatil hesab olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”.


Medicina.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı dini alim Hacı Şahin Həsənli publika.az-a bildirib. O, koronavirusdan necə qorunması və dinin bu virusa münasibətdə mövqeyini açıqlayıb.

“Koronavirusdan hazırda özünü qorumağın yeganə yolu özünütəcrid və insanlarla ünsiyyəti minimuma endirməkdir. Zəruri hallarda çəkilişlərlə bağlı evdən çıxmalı olsam da, ümumilikdə karantin rejiminin qaydalarına əməl etməklə özümü qoruyuram.


Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır.

"Qurani- Kərim"də də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”.