Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Ehtiras meyvəsi”nin inanılmaz faydaları

  • 2024.07.18 22:42
  • 1278 Baxış
“Ehtiras meyvəsi”nin inanılmaz faydaları
Bu meyvənin bir çox adı var. Kimi ona “eşq meyvəsi”, kimi də ehtiras meyvəsi deyir. Elmi adı “Physalis peruviana” olan və çarxıfələk kimi tanınan meyvənin sağlamlığa bir çox faydası var.

Medicina.az çarxıfələk meyvəsinin faydalı xüsusiyyətlərini təqdim edir:

*Antioksidantlarla zəngindir.

Bədəndəki sərbəst radikallarla mübarizə aparan antioksidanlar hüceyrə zədələnməsini azaldır və ümumi sağlamlığı dəstəkləyir.

* Xüsusilə C vitamini ilə zəngin bir meyvədir.

C vitamini immunitet sisteminin sağlamlığı üçün vacibdir. Həmçinin dəri sağlamlığını dəstəkləyir və dəmirin udulmasını artırır.

* “Ehtiras meyvəsi” həmçinin kalium, fosfor və dəmir kimi minerallarla zəngindir.

* Tərkibində A vitamini və B kompleks vitaminləri (B1, B3, B9) də var.

A vitamini sayəsində göz sağlamlığını qorumağa kömək edir.

* Kalorisi az, lif tərkibi yüksəkdir.

Bunun sayəsində toxluq hissi yaradır. Bu da çəkini nəzarətdə saxlamağa kömək edir.

* Bəzi tədqiqatlar göstərir ki, “eşq meyvəsi” iltihab əleyhinə xüsusiyyətlərə malik ola bilər.

Bu meyvə adətən təzə halda istehlak olunur. Ancaq onu salat və ya desertlərə də əlavə etmək olar. Bu meyvədən mürəbbə, marmelad və şərbət də hazırlanır.


Aysel