Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ehtiram Hüseynovun əziyyət çəkdiyi MS xəstəliyi – Necə başlayır, müalicəsi varmı?

  • 2023.01.19 16:43
  • 9107 Baxış
Ehtiram Hüseynovun əziyyət çəkdiyi MS xəstəliyi  – Necə başlayır, müalicəsi varmı?

Əməkdar artist, muğam ifaçısı Ehtiram Hüseynovun televiziyada xəstəliyi səbəbindən yaşadığı çətin anlar yenidən bu amansız xəstəliyi gündəmə gətirdi.


Bakupost.az xəbər verir ki, gənc ifaçıda 3 ildən artıqdır ki, xəstəlik diaqnoz olunub.

Tibdə digər adı dağınıq skleroz olan bu sinir xəstəliyi bir çox insanlarda, eləcə də məşhurlarda var. Azərbaycanda da kifayət qədər çox rast gəlinir.

Ötən həftə türkiyəli sənətçi Serdar Ortac da MS xəstəliyi səbəbindən sol ayağının işləmədiyini və bahalı iynə-dərman sayəsində ayaqda qaldığını etiraf etmişdi.

Dağınıq skleroz xəstəliyi nədən yaranır, necə başlayır, əlamətləri hansılardır?

Dağınıq skleroz beyin və onurğa iliyində skleroz ocaqlarının yaranmasıdır.

Bu bir sinir autoimmun xəstəliyidir. Sinir üzərində olan miyelinlərə immun sistemin öz hüceyrələri hücum edir.
Qollarda və ayaqlarda gücsüzlük, görmə itkisi və ya cüt görmə, duyğu qarışıqlığı,nitq və yaddaş pozğunluqları kimi əlamətlərlə ortaya çıxan Multipl Skleroz (MS) xəstəliyi, vaxtında təyin edilmədiyi zaman ciddi əlilliyə səbəb ola bilər.
Xəstəlik daha çox qadınlarda rast gəlinsə də kişi xəstələr də az deyil.
Daha çox 20-25, 40-45 yaş arası görülür.
.
Əlamətlər necə başlayır?

Xəstəlik ataklarla başlayır. Bir gün xəstənin gözü iki görür, qolu və ya ayağı gücsüzləşir, nitqi, yaddaşı dəyişir, xəstə özünü sanki qəribə hiss edir, 1-2 sutkadan sonra normal vəziyyətə dönür. Çoxu buna əhəmiyyət vermir, sinirdən, stresdən, yorğunluqdandır deyib həkimə getmir.

Zamanla əlamətlər yenidən təkrarlanır

Xəstələrin 80%-I yorğunluq, əl-ayaq gücsüzlüyü hiss edir. Getdikcə onlar gündəlik işlərini görməkdə çətinlik çəkir.
Yerişdə müvazinət pisləşir, səntirləmə hiss edir, əzələ zəifliyi, uyuşma, keyimə, qıcolmalar olur.
Amma alimlər bildirir ki, ən diqqətedilməli simptom gözlərlə bağlıdır.

Bulanıq görmə, ikili görmə, görmənin zəifləməsi, parlayan işıq, geniş görə bilməmək, görmədə daralma, gəzərkən görmədə zəiflik – bunlar artıq baş beyində ocaqların yaranmasını göstərir.

Digər əlamətlər:

- Bədənin titrəməsi
- Kəskin xroniki bədən ağrıları
- Zehni dəyişikliklər
- Başgicəllənmə
- Depressiya
- Udmada çətinlik

Diaqnozu oftalmoloq, nevroloq, neyrocərrah müayinəsi, MRT, KT, müəyyən sinir testləri ilə qoyurlar. Xəstə bir neçə gün xəstəxanada qalmalıdır.

Onurğa və baş beyində lezyonlar görüldükdə diaqnoz təsdiqlənir.

Bu xəstəliyə gedib gələn, tutub buraxan da deyirlər. Tutmalar bəzən aylarla olmur, bəzən xəstə sabit qalır.

MÜALİCƏSİ

Müalicə kəskinləşmə dövründə istifadə edilən dərmanlar və atakların tezliyini azaltmaq üçün dəstəkləyici terapiyadan ibarətdir.

Qanın plazmafarezinin bədənə yaxşı təsir etdiyi də sübut olunub.

Ocrelizumab (Ocrevus FDA tərəfindən təsdiqlənmiş müalicədir. Bu müalicəni alan xəstələrdə müalicə olunmayanlara nisbətən daha az xəstəlik irəliləyir.

Hər yeni dərmanlar MS xəstələri üçün ümiddir.
Ehtiram Hüseynovun da yazdığı kimi: Kaş MS xəstəliyinin müalicəsi tapıla….

Aygün Musayeva