Əhliman Əmiraslanov: "Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir"
Əhliman Əmiraslanov: "Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir"
2019.07.11 11:57
4680 Baxış
"İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, müvafiq dəyişikliklər ediləcək".
Medicina.az xəbər verir ki, bunu "Azərbaycanın icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir: "Bunun üçün bütün addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrindəki icbari tibbi sığorta sistemi öyrənilib. Ölkədə bu sistemə keçdikdən sonra əhaliyə göstərilən tibbi xidmətin də səviyyəsi yüksələcək".