Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əhalinin nəzərinə: 4-cü doza vaksin vurula bilər

  • 2022.07.20 15:42
  • 1811 Baxış
Əhalinin nəzərinə: 4-cü doza vaksin vurula bilər


"Peyvənd proqramında növbəti dozaların tətbiqi mütləq qaydada hər hansı məqamda tətbiq olunacaq. Belə ki, hələ koronavirusa qədər mövsümi qripə qarşı proflaktik tədbirlər çərçivəsində yeni ştamların əmələ gəlməsi ilə bağlı il ərzində bir dəfə peyvənd olunurduq. Bunu hamı könüllü edirdi. Lakin koronavirus digər qrip formalarından fərqlənir".


Bakupost.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verlişində qonaq olan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.


O əlavə edib ki, vurulan peyvəndin təsiri 6 aydan sonra azala və ya yox ola bildiyindən yeni doza vasksinlərin tətbiqi mütləq olacaq: "Bu tövsiyyə xaraketli olsa da, əhali mütləq qaydada proflaktik tədbir kimi özləri müraciət edə biləcəklər".