Bu ilin yanvar-noyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 644,7 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,9% və ya 193,3 mln. manat artıb. Təkcə noyabr ayında əhaliyə 111,4 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 2 dəfə çoxdur. Artım ölkədə müşahidə edilən koronavirus pandemiyası ilə əlaqədardır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.